Bu məlumatlar sizə "Futbola Qoşul" proqramında əlavə sifariş olunmuş  iştirakçıların (oyunçu, məşqçi və s.) müvafiq komanda heyətinə daxil olunması üçün nümunə ola bilər.



1. Mövsüm ərzində komandaya daxil edəcəyiniz iştirakçıları (oyunçu, məşqçi və s.) İştirakçılar bölməsində Komanda heyəti  sözünə daxil olmaqla müvafiq komandaya əlavə etməlisiniz.



image




1. 
Komanda heyəti  sözünə daxil olduqdan sonra komandaya əlavə olunacaq iştirakçıları (oyunçu, məşqçi və s.) tez tapmaq üçün filtrlərdən istifadə edə bilərsiniz.


image



3. Komandaya əlavə etmək istədiyiniz iştirakçıların (oyunçu, məşqçi və s.) qarşısında Komanda əlavə et yerinə daxil olmalısınız.


image



4. iştirakçını (oyunçu, məşqçi və s.) əlavə etmək istədiyiniz müvafiq komandanı seçin və yadda saxla və qayıt edin. Daha sonra bu barədə registration@affa.az ünvanına lisenziya çap olunması  və ya onlayn google drive-da komanda heyətində görünməsi üçün komandanın adını və iştirakçının (oyunçu, məşqçi və s.) adını təvəllüdü ilə birlikdə məktub şəklində göndərin. 


image