Bu məlumatlar sizə "Futbola Qoşul" proqramında klubun cari mövsüm ərzində iştirak edəcək bütün iştirakçılarını qeydiyyatdan keçirdikdən sonra (yeniləmə, transfer və ya icarə) komanda tərtib etmək üçün nümunə ola bilər.



1. Hər bir klub mövsüm başlayan zaman iştirakçıları (oyunçu, məşqçi və inzibati heyət) yeniləyir, transfer və ya icarə edir və ya yeni iştirakçı kimi sistemə daxil edir. Bu proses bitdikdən sonra hər bir klub yarışlarda iştirak edəcək komandalarının siyahısını tərtib etməlidir. Bunun üçün öncə Mənim Klubum bölməsində Komanda əlavə et

sözünə daxil olmalıdır.




image



2. Komanda əlavə et bölməsinə daxil olduqdan sonra şəkildə göstərildiyi kimi iştirak edəcəyi yarışa uyğun olaraq sətirlər doldurulmalıdır.



image




3. Birinci səhifəni bitirdikdən sonra davam etmək lazımdır. Növbəti səhifədə oyunçuların siyahısında sizə lazım olan oyunçuları seçirsiniz və davam edirsiniz.



image




4. Daha sonra növbəti səhifədə məşqçi və inzibati heyəti seçib davam edirsiniz.


image



4. Sonuncu səhifədə isə Tərtib et düyməsinə daxil olmaqla komanda tərtib etmiş olursunuz.



image